Logo

Tələbələr üçün “Maliyyə texnologiyaları" mövzusunda seminar təşkil olunub - FOTO

17.10.2023 11:04 275 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) İqtisadiyyat və idarəetmə Mühəndislik fakültəsinin tələbələri üçün “Maliyyə texnologiyaları” mövzusunda seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.

Universitetin Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə baş tutan seminarda “PayRiff” şirkətinin həmtəsisçisi və icraçı direktoru Türkan Fərzəliyeva təqdimatla çıxış edib, şirkətin rəqəmsal ödəniş platforması kimi yaranma və inkişaf tarixindən danışıb. 

Məruzəçi gənc mütəxəssislərə iş həyatında qarşılaşılacaq tranzit hesablardan partnyorların qeydiyyatda olan kartına köçürülmələr (account credit əməliyyatları), əməliyyatın blokda saxlanılması, daha sonra (tərəflərin təsdiqindən sonra) silinməsi, “Card save” funksionallığı, onlayn monitorinq sistemi, “Reverse/refund” funksionallığı, bazar tələbinə uyğun dəyişkən faizlər, rahat inteqrasiya, hazır qoşulma alətlərinin təqdimi, invoys göndərilməsi, təkrarlanan əməliyyatlar (recurring) aparılması və s. bu kimi xidmətlər haqda məlumat verib.

Seminar tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbər lenti